Şəmkirdə müəllimi maşın vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub. Piyada xəstəxəxanaya aparılsa da onun öldüyü məlum olub. Məlumata görə, ölən qadın müəllim olub. Piyadanı vuran avtomobilin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov