Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Kür Qəsəbəsində qeydə alınıb.

BMW və VAZ markalı avtomobillərin toqquşması zamanı sürücülərdən biri - 1984-cü il təvəllüdlü Ramiz Qəhrəmanov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.