Xaçmaz şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.