Türkiyənin Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə AKP-nin sözçüsü Ömər Çelik Tvitterdə məlumat verib.
Bununla da, Türkiyədə təbii fəlakətlə bağlı fövqəladə vəziyyət tətbiq edilən vilayət sayı 11 olub.
Çelik qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə fəlakət zonasına yenidən səfər edəcək.