Bakının Sabunçu rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində "Lada" markalı avtomobil idarəetmədən çıxaraq digər 3 avtomobilə çırpılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.