Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.