Slovakiya parlamenti yenidən Rusiyanın Ukraynaya hücumunu, o cümlədən mülki əhaliyə, mülki hədəflərə və enerji infrastrukturuna hücumları pisləyən, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul edib.
"Unikal" TASR-ə istinadən xəbər verir ki, qətnamədə Rusiya rejimi terrorçu, Rusiya isə terroru dəstəkləyən ölkə adlandırılıb.
Deputatlar həmçinin Rusiyanın nüvə silahından istifadə ilə bağlı birbaşa və dolayı təhdidlərini pisləyiblər.