Gəncədə evdən 2 nəfərin meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, yaşadıqları evdə meyiti tapılan şəxslərin 1989-cu il təvəllüldü Əliyev Turxan Tofiq oğlu və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızı olduqları məlum olub. T. Əliyevin müğənni, 23 yaşlı A. Abdullayevanın rəqqasə olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Ölümün baş vermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.
Tural Əhmədov