Masallıda baş verən qəza ilə bağlı Lənkəran-Astara Regional Təhsil idarəsi açıqlama yayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Masallı rayonu Çaxırlı kənd sakini Kamal Təhməzovun idarə etdiyi özünə məxsus "Mercedes" markalı avtomobil digər "Mercedes"lə toqquşub.
Qəza zamanı avtomobillərdə olanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilb. Hazırda onların vəziyyəti stabildir.
Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Kamal Təhməzov Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışır.
15:32
Masallıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Xəsarət alanların Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.