Gəncədə yol nəqliyyat qəzası zamanı avtomobil aşıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində, Firuzə şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan Toyota markalı avtomobillə BMW markalı maşın toqquşub. Qəza zamanı zərbədən Toyota markalı avtomobil aşıb. Nəticədə maşın tam yararsız hala düşüb. Qəza nəticəsində avtomobilə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov