Şəkidə 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gün rayonun Baş Laysıqı kəndində baş verib. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Gülbahar Davud qızı Hüseynova yaşadığı ünvanın həyətində yıxılıb, nəticədə başından ağır xəsarət alaraq hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli