Sabirabadda taksi sürücüsü "Mercedes" markalı avtomobilini yandırıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Unikal"a açıqlamasında bildirib ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub. Şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
Murad İbrahimli