Kahramanmaraş və Hatayda baş verən zəlzələdən sonra evləri dağılan vətəndaşlar xilas edə biləcəkləri əşyalarla avtobuslarla şəhəri tərk edir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Ötən axşam saatlarında Hatayda baş verən ard-arda baş verən zəlzələlərdən sonra insanlar evlərini tərk ediblər. Bundan əlavə avtobus şirkətində çalışan Kənan Çağlar adlı şəxs "Hər gün avtobus dolur. Gündə ən az 2000 sərnişin daşıyırıq",- deyə açıqlama verib.
Qeyd edək ki, Türkiyənin Hatay bölgəsi zəlzələdən ən çox zərərçəkən ərazidir.