"ABŞ İkinci Dünya Müharibəsindən sonra yaradılan beynəlxalq münasibətlərin arxitekturasını pozmağa, dünya nizamını özü üçün yenidən formalaşdırmağa çalışır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
Bununla yanaşı, Putin Qərbin Rusiya aerodromlarına hücum cəhdlərində əli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasındakı aerodromlara hücum edən pilotsuz təyyarələr NATO təlimatçılarının köməyi ilə təchiz edilib.