Bu gün günorta saatlarında Bəhrəmtəpə-Füzuli  magistral avtomobil yolunun Füzuli Böyük Bəhmənli kəndi ərazisində güclü yanğın baş verib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, yanğın quru otlaq sahələrini, kol-kos və qamışlıq ərazini əhatə edib. Yanğının miqyası böyük olduğundan ətrafı tüstü bürüyüb. Yanğın sürücülər üçün qorxulu vəziyyət yaratsa da, avtomobillərin hərəkətinə çətinlik olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Həsən Adıgözəlov