Şimali Atlantika Alyansı sənayesinə istehsalını artırmaq üçün yeni hədəflər müəyyənləşdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Aİ diplomatiyasının rəhbəri Xosep Borrel və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında bildirib.
Stoltenberq vurğulayıb ki, NATO ölkələri "bir neçə aydır ki, silah istehsalını artırmaq üçün çalışırlar və müdafiə sənayesi nümayəndələri ilə görüşləri davam etdirməklə bu işi gücləndirmək niyyətindədirlər".
Alyansın baş katibi əlavə edib ki, Aİ, NATO və Ukrayna Kiyevin silah-sursata olan ehtiyaclarını daha da müzakirə etmək və mümkün qədər tez ödəmək üçün görüş keçirməyə razılaşıblar.