Kürdəmirdə qəza baş verib, xəsarət alanlar var.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.
İki “VAZ 2107” və “Mitsubişi” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki “VAZ” avtomobilinin sürücüləri - rayon sakinləri 35 yaşlı Namiq Söhrab oğlu Ədilov və 50 yaşlı Akif Emin oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.