ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı bildirib.
“Gələn il mən dünya tarixinin ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü qeyd etmək üçün ABŞ-da keçiriləcək sammitimizdə NATO-nun hər bir üzvünü qəbul edəcəyəm” deyə Bayden bildirib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiq qalır və bu, onun təbirincə desək, “birə hücum hamıya hücumdur”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında bildirmişdi ki, İsveç və Finlandiya 2023-cü il iyulun ortalarına qədər alyansa üzv olmalıdır . O qeyd edib ki, bunun üçün artıq iş aparılır.