28 yaşlı amerikalı keçmiş MMA döyüşçüsü və kikboksçu Dueyn Herell Jr, 24 yaşlı keçmiş sevgilisi İren Torresi 17 bıçaq zərbəsi ilə öldürüb.
"Unikal" xəbər verir ki, Dueyn keçmiş sevgilisinin evlərinin qarşısına gedərək, onun işdən qayıtmasını gözləyib. İren Torrose evlərinin önündə Dueynlə mübahisə edib. Bundan sonra keçmiş idmançı İreni bıçaqlayaraq öldürüb.
İdmançı keçmiş sevgilisinin meyitini maşına qoyub öz evinə aparıb. Və meyiti qarderobda gizlədib.
O, iz buraxmamaq üçün sevgilisinin qanlı paltarlarını və əşyalarını torbaya qoyub, sonra zibil qutusuna atıb. Qızları adi saatda işdən qayıtmayanda İrenin valideynləri evin təhlükəsizlik görüntülərini yoxlayıblar. Qızının Duayne tərəfindən sürükləndiyini görən atası idmançının evinə gedib.Dueyn əvvəlcə sevgilisinin atasına qızının hotelə getdiyini deyib, daha sonra isə qətli etiraf edib.
Dueyn polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.