İranın paytaxtı Tehran şəhərində atışma baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə paytaxt polisi açıqlama yayıb. 

Məlumata görə, atışma nəticəsində 60 yaşlı kişi başının arxasından güllə yarası alıb. Təhlükəsizlik kameralarından bəlli olub ki, atəş açan şəxs mərhumun qardaşı olub. O, hadisə yerindən qaçıb. 

Hadisəyə səbəb kimi ailə problemləri göstərilib. 

Ağarza Elçinoğlu