ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana səfər edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi hökumətin bugünkü iclasında jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Blinkenin Astanaya mümkün səfəri ilə bağlı Amerika tərəfdən rəsmi təsdiq gözlənilir, ictimaiyyətə məlumat veriləcək.
Bundan əvvəl Qazaxıstan mətbuatında Astanada nazirlərin C5+1 formatında illik görüşünün keçiriləcəyi, onun üçün ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstana səfərinin planlaşdırıldığı barədə məlumat yayılmışdı.