Rusiyanın Krasnoyarsk diyarında anbarda 2,5 min kvadratmetr sahədə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Anbarda baş vermiş güclü yanğının söndürülməsində 100-ə yaxın FHN işçisi iştirak edib. 

Yanğın nəticəsində xəsarət alan olmayıb, 10 nəfər binadan təxliyə edilib.

Ağarza Elçinoğlu