“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

17:31

İsmayıllı rayonundakı meşə ərazisində yanğın başlayıb.

"Unikal"ın məlumatına görə, yanğın bu gün Şahdağ Milli Parkının İsmayıllının Xanagah kəndi ərazisindəki meşə sahəsində başlayıb və hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətinləşir. Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisənin baş vermə səbəbi hələ ki bilinmir. 

Şahnəzər Bəşirov