Ötən həftənin bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsalı edilən obyektinə dəyib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və bir iranlı məmur ölüb.
Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı ümumilikdə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.