Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki,  Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi Astana vaxtı ilə saat 14:01-də (Bakı vaxtı ilə 12:01-də) zəlzələ qeydə alıb. Zəlzələnin episentri Tacikistan ərazisində, Almatı şəhərindən 606 kilometr cənub-qərbdə, Çinlə sərhəd yaxınlığında yerləşib.

15 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub. Günün əvvəlindən bu, Tacikistanda qeydə alınan dördüncü zəlzələdir.

***09:01

Tacikistanın şərqində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ qonşu ölkələrdə də hiss olunub.

"Unikal" xəbər verir ki, Amerika Geoloji Xidməti zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb.

Bildirilib ki, 20 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Murğob şəhərindən 67 kilometr qərbdə olub.

Zəlzələdən təxminən 20 dəqiqə sonra 5 bal gücündə zəlzələ də baş verib.

Zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Gülayə Mecid