Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada gündəlikdəki məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirib.
"Unikal" xəbər verir ki, jurnalistin ABŞ dövlət katibi Antoni Blinkenin “Putin NATO müttəfiqliyini gücləndirmək üçün dünyada hamıdan çox çalışır” ifadəsi ilə bağlı sualını cavablandıran Zaxarova bu açıqlamanın “absurd” olduğunu bildirib.
Blinkenin “pis” yumor anlayışına sahib olduğuna diqqət çəkən Zaxarova, “Bu, xəstə, gülünc və qüsurlu bir düşüncə tərzidir. Xarici işlər naziri belə düşünürsə, rəhbərlik etdiyi nazirlik üçün qorxuludur”, - deyib.
NATO-nun daim genişləndiyini qeyd edən Zaxarova, “2022-ci ilə qədər Moskva NATO-nu genişləndirirdimi? Rusiya ilə NATO arasındakı razılaşmanı pozmaqda günahkarıq? Qərb bu razılaşmanı pozdu. Yenə günahkarıq? Bu yolla absurd məqama çatmaq olar. Onlar artıq planetimizi absurd vəziyyətə salıblar. Bu illər ərzində NATO müttəfiqlik kimi daim genişlənir. Biz dəfələrlə bildirmişik ki, bu, narahatlıq doğurur və bunun nəticələri olacaq”, - deyə ifadə edib.