Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat verib.

Mirzoyanı hava limanında Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad qarşılayıb.

Ağarza Elçinoğlu 

***09:48

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 23-də Suriyaya gedəcək. 

"Unikal" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Vaan Hunanyan məlumat verib. 

Məlumata görə, nazir zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardımın üçüncü partiyasını çatdırmaq üçün şəxsən səfər edəcək. 

Səfər çərçivəsində Mirzoyan Suriya prezidenti və bu ölkədən olan həmkarı ilə görüşlər keçirəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən güclü zələlə Suriyada da dağıntı və çox sayda ölümə səbəb olub. 

Ağarza Elçinoğlu