Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyəyə gedib.

"Unikal"ın Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, Baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qaribaşvilinin təbii fəlakət zonasına - Gürcüstanın xilasetmə qruplarının axtarış işləri apardığı Hatay vilayətinin Antakya şəhərinə də səfər edəcək.

Məlumata görə, səfərlə əlaqədar Qaribaşvilinin parlamentdə Gürcüstanın milli təhlükəsizliyi ilə bağlı çıxışı təxirə salınıb.

***10:47

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfər edəcək.

"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, hökumət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Gülayə Mecid