İstanbulu Avropa və Asiya hissələrinə ayıran Bosfor boğazında qatı duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyənin “Anadolu Ajansı” Sahil Təhlükəsizliyi Baş İdarəsinə istinadən məlumat yayıb.

Bundan əlavə, duman səbəbindən hazırda İstanbulun şəhər nəqliyyatına daxil olan bəzi bərə reysləri də ləğv edilib.