Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub.  

"Unikal" xəbər verir ki, bu  barədə Castellum.ai qlobal sanksiyaların monitorinq bazası məlumat yayıb. 

Belə ki, müharibədən əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22 olub. 22 fevral 2022-ci il tarixindən etibarən isə Rusiyaya 11 327 yeni sanksiya tətbiq edilib. Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ (1948 sanksiya) olub.

Dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1155 sanksiya, Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.

Gülayə  Mecid