Fevralın 23-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə 6 raket atılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, beş raket İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, daha biri yaşayış məntəqəsinə düşüb.
Buna cavab olaraq İsrail aviasiyası Qəzzanın mərkəzi və şimalında yerləşən HƏMAS terror təşkilatına məxsus silah istehsalı müəssisəsi və hərbi bazanı vurub.