Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan SU-25 təyyarəsinin pilotu həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb.
Nazirliyin məlumatına görə, təyyarə Ukraynada döyüş tapşırığını yerinə yetirdikdən sonra aerodroma qayıdırmış.
Təyyarənin qəzaya uğramasına səbəb kimi texniki nasazlıq göstərilir.
***12:51
Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi təyyarə Belqorod vilayətinin Valuyski şəhərində qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov açıqlayıb.
"Müdafiə Nazirliyinin təyyarəsi Valuyski şəhərində qəzaya uğrayıb. Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Hadisənin səbəbləri araşdırılır", - deyə o qeyd edib.
Məlumata görə, Su-25 tipli hərbi vasitənin pilotu son anda özünü paraşütlə ata bilib.
Ağarza Elçinoğlu