Fevralın 23-də Kiyev vilayətində hava həyəcanı elan edilib, bununla yanaşı paytaxt şəhərdə partlayış səsləri eşidilib.
"Unikal" xəbər verir ki, bu barədə “Strana.ua” Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, iki partlayış səsi eşidilib. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemləri işləyir.
Bildirilir ki, Kiyev vilayəti üzərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) görünüb.
Bundan əvvəl Ukrayna mətbuatı Odessanın mərkəzində partlayışın baş verməsi barədə məlumat yayıb.
Gülayə Mecid