Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanmasında ardıcıl yardım göstərir.
"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Onlar 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusuna əsaslanır və bu sazişlər bir sıra prioritet tədbirləri, o cümlədən iki ölkə arasında nəqliyyat əlaqələrinin açılmasını, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, vətəndaş cəmiyyəti vasitəsilə inkişaf əlaqələrini nəzərdə tutur. Biz sülh müqaviləsinin hazırlanmasında tərəflərə ardıcıl köməklik göstəririk", - deyə XİN rəhbərinin müavini qeyd edib.
Onun sözlərinə görə, Rusiya hər iki tərəfin maraqlarını nəzərə alır: "Bu məqsədlə Rusiya Federasiyası Xarici İşlər Nazirinin Ermənistan-Azəebaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi mütəmadi olaraq İrəvan və Bakıya səfərlər edir".
Ağarza Elçinoğlu