Moldova İnformasiya və Təhlükəsizlik Xidməti (SSI), Mütəşəkkil Cinayətkarlıqla və Xüsusi İşlərlə Mübarizə üzrə Prokurorluğu (PCCOCS) ilə birlikdə dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxsləri saxlayıb.
"Unikal" xəbər verir ki, istintaq çərçivəsində beş Moldova vətəndaşı müəyyən edilib, onlardan ikisi həbs edilib, daha üç nəfərə isə şübhəli şəxs statusu verilib.
"Onlar Moldovanın sabitliyin pozulmasına və konstitusiya quruluşunun dəyişdirilməsinə zorakılıqla kömək etmək üçün başqa ölkənin xüsusi xidmət orqanları tərəfindən işə cəlb ediliblər", - deyə məlumatda qeyd olunub.