İranda Həmədan şəhəri yaxınlığındakı qaz anbarında partlayış olub.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Həmədan Bələdiyyəsi Yanğınsöndürmə İdarəsinin baş direktoru Seyid Sadiqpur Sina açıqlayıb.
O, partlayışdan sonra yanğının baş verdiyini qeyd edib. Hadisə nəticəsində 2 nəfər yaralanıb, beş avtomobil yanaraq kül olub.
Qəzanın səbəbi və dəymiş ziyanın miqdarı hələlik məlum deyil.
Ağarza Elçinoğlu