Braziliyanın Sinop şəhərində bilyard oyunu zamanı dəhşətli qətl hadisəsi baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ard-arda iki oyunu uduzan şəxslər onlara gülən 7 nəfəri güllələyiblər. Hadisə anbaan təhlükəsizlik kamerlarına əks olunub.
Ölənlər arasında 12 yaşlı qızda olub. Belə ki, 2 silahlı şəxs cinayəti törətdikdən sonra bilyard stolunun üstündəki pul və başqasına məxsus pul kisəsini götürərək ərazidən uzaqlaşıblar.
Qısa zamanda cani şəxslər polis tərəfindən saxlanılıb.
Seymur Əli