Türkiyədə Demokratik Sol Partiyasının (DSP) keçmiş millət vəkili Osman Kılıç İstanbuldakı evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, eks-deputatdan xəbər ala bilməyən qohumları Kılıçın evinə gedib. 68 yaşlı Kılıçı hərəkətsiz vəziyyətdə görən yaxınları vəziyyəti polisə və sağlamlıq qruplarına bildirib.
Hadisə yerinə gələn sağlamlıq qrupları ürəyində problem olan Kılıçın dünyasını dəyişdiyi bildirib.
Kılıç Türkiyə Böyük Millət Məclisində 20 və 21-ci dövrlərdə DSP İstanbul millət vəkili vəzifəsində çalışıb.
Gülayə Mecid