İranın idman naziri Seyid Həmid Səccadi Kirman şəhər xəstəxanasına yerləşdirilib.

"Unikal" xəbər verir ki, vertolyot qəzası zamanı nazirin beyninə qan sızıb.

Xatırladaq ki, qəza vertolyot eniş edərkən baş verib. İdman nazirinin müşaviri İsmayıl Əhmədinin qəzada həyatını itirdiyi açıqlanıb. 16 nəfərin xəsarət aldığı bildirilir.

17:47

İranın idman naziri Seyid Həmid Səccadinin olduğu helikopterin qəzaya uğraması nəticəsində  nazirin müşaviri İsmayıl Əhmədi dünyasını dəyişib. 

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, nazirin helikopterində 12 nəfər olub. 

Hazırda xəstəxanada olan yaralılardan 2-nin vəziyyətinin yaxşı olmadığı qeyd olunub. 

Qeyd edək ki, helikopter Baft şəhər idman kompleksinə eniş edərkən qəza törədib. 

***17:15

İranın idman naziri Həmid Səccadi və onunla bərabər səyahət edən nümayəndələri daşıyan helikopter qəzaya uğrayıb. 

"Unikal"ın İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, helikopter Baft şəhər idman kompleksinə eniş edərkən qəza törədib. 

Nazir və digər şəxslər ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb. 

Ağarza Elçinoğlu