Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar əmlakına həbs qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həbs 3 vilayətdəki elektrik şəbəkəsinin səhmlərini əhatə edib. Həmin səhmləri Oksana Marçenko ofşor şirkətlər vasitəsilə idarə edib.
Bundan başqa, onun 2 torpaq sahəsi, 4 ev, 10 avtomobil və 18 müəssisədəki aktivlərinə həbs qoyulub.