Türkiyədə zəlzələlərdən sonra bu günə qədər 8550 afterşok qeydə alınıb
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ və risk azaltma müdiri Orxan Tatar deyib.
O bildirib ki, Türkiyədə 4 ayda olacaq zəlzələ sayı son 17 gündə reallaşıb.
"Hər 3 dəqiqədə bir təkan olur. Bunların çoxunu vətəndaşlar hiss edir. Zədələnən binalardan uzaq durmaq lazımdır".