"Fevralın 24 - də ABŞ hakimiyyətinin Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcə".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər sanksiyalardan yayınma cəhdləri ilə əlaqədar əlavə Rusiya banklarına təsir edəcək.
O, bildirib ki, Çin şirkətlərinə qarşı da tədbirlər görüləcək.
Fevralın 17-də Nuland ABŞ və onun G7 blokundakı tərəfdaşlarının “təxminən fevralın 24-də” Rusiyaya qarşı yeni “böyük sanksiyalar paketi” tətbiq etmək niyyətində olduqlarını, xüsusən də “birbaşa iştirak edən” şəxslərə təsir edəcəyini açıqlayıb .