Türkiyənin Çorumun vilayətinin Sungurlu mahalına bağlı Akçalı kəndinin keçmiş muxtarı İsmayıl E. yeni muxtar Məsud Uzunkayanı öldürüb.
"Unikal" xəbər verir ki, dəhşətli qətl hadisəsi axşam saatlarında baş verib. Alınan məlumata görə, Akçalı kəndinin keçmiş muxtarı İsmayıl E. yeni muxtar Məsud Uzunkaya ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib və köhnə muxtar İsmayıl E. tapança ilə kənd muxtarı Məsut Uzunkaya və atası Turan Uzunkayaya atəş açıb.
Təcili yardımla Sungurlu Dövlət Xəstəxanasına aparılan muxtar Məsut Uzunkayanın həyatını xilas etmək mümkün olmayıb. Ağır yaralanan ata Turan Uzunkaya isə Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Cinayətkar polis tərəfindən tutulub.