"Gələcək də həqiqət kimi Rusiyanındır".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Vətənin Müdafiəçisi Günündə döyüş veteranları ilə söhbəti zamanı deyib.
"Mən bir qrup gəncin arxamızda dayandığını görürəm. Dünən Federal Məclisə müraciət edəndə son sözlərim bu oldu ki, həqiqət bizə məxsusdur. Amma əlavə etmək istədiyim şey o uşaqlara baxaraq - gələcək də şüphə olmadan bizə aiddir”, - deyə prezident bildirib.
Naməlum Əsgərin məzarı önünə əklil qoyma mərasimi zamanı Putin “Milləti müdafiə edənlərə qayğı göstərmək dövlətin müqəddəs borcudur” -deyə əlavə edib.