Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO baş katibi vəzifəsinə namizədliyini irəli sürüb .
"Unikal" xəbər verir ki, o, “belə bir fikrinin olduğunu” bildirib.
“Mən özümü namizəd kimi görürəm. Bu, çox yaxşı mövqedir, vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”, - Conson bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, Ukrayna gələcəkdə NATO-ya daxil olacaq.
Həmçinin Sky News-a müsahibə verən siyasətçi Britaniyanı “buzu yarmağa” və Kiyevin tələb etdiyi Ukraynaya döyüş təyyarələri göndərməyə çağırıb .