Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlər nəticəsində ən azı 100 hərbçi dağıntılar altında qalaraq ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.
“Hazırda təəssüf ki, 100 hərbçimizi itirmişik. İki hərbçini xilas etmək üçün hələ də dağıntıları təmizləyə bilmirik. Davamlı iş gedir”, - nazir cümə axşamı bildirib.
O qeyd edib ki, təbii fəlakət nəticəsində ölkənin silahlı qüvvələri sıralarından olan 66 nəfər xəsarət alıb.