İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 10 min insanın yaşadığı Tobelo şəhərindən 183 km şimalda yerləşib. yeraltı təkanların hiposentri 100 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.