BMT Baş Assambleyası müharibənin ildönümünə həsr olunmuş Ukrayna məsələsi üzrə xüsusi sessiya zamanı Rusiya əleyhinə qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, 141 ölkə sənədin lehinə, 7 ölkə əleyhinə (Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya) səs verib. Çin də daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Eyni zamanda, səsvermə zamanı Belarusun təklif etdiyi və münaqişənin başlamasına görə Rusiyanın məsuliyyət daşıdığı müddəaların sənəddən çıxarılmasını planlaşdıran düzəlişlər təsdiqlənməyib.
Həmçinin Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağıran bəndin çıxarılması və Ukraynada faktiki olaraq nizamlanmaya can atmayan Minsk formatlı ölkələrin liderlərinin pislənməsi də təklif edilib.
Ağarza Elçinoğlu