Böyük Britaniyada bir qrup fəal Londondakı Rusiya səfirliyinin qarşısındakı yolu Ukrayna bayraqlarının rənginə boyayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" agentliyi məlumat yayıb.
Bildirilir ki, bu Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə əlaqədər təşkil olunub. Belə ki, aktivistlər səfirliyin qarşısındakı yolda avtomobillərin hərəkətini dayandıraraq yola sarı və mavi rəngdə 340 litr boya töküblər. Bununla da, 500 kvadrat metr ərazini əhatə edən Ukrayna bayrağı yaradılıb.
Əraziyə polis cəlb olunub.