Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi 2021-ci ilin dekabrında Moskvanın Şeremetyevo hava limanının tranzit zonasında tapança və döyüş sursatları ilə saxlanılan Erməni əsilli ABŞ vətəndaşı Andre Xaçaturyanı səkkiz il müddətinə həbs edib.
"Unikal" xəbər verir ki, Xaçaturyan silah alverində və silah qaçaqmalçılığında təqsirli bilinib.
O, 2021-ci il dekabrın sonunda İrəvana gedərkən Şeremetyevo hava limanının tranzit zonasında saxlanılıb. Onun baqajından "Glock" markalı tapança və döyüş sursatları aşkar edilib.
Ağarza Elçinoğlu